Ucnoqta.az
www.ucnoqta.az

4 yaşlı qadın hamamda dəm qazından boğulub

00:25 - 2 Mart 2026 tarixində dərc olunub.

Şəkidə 34 yaşlı qadın hamamda dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Suçma kəndində baş verib.

Kənd sakini 34 yaşlı Yenigül Mənafova yaşadığı ünvanda hamamda dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası