Ucnoqta.az
www.ucnoqta.az

Aİ İranı Yaxın Şərq ölkələrinə qarşı cavab zərbələrindən çəkinməyə çağırdı

00:16 - 2 Mart 2026 tarixində dərc olunub.

Avropa İttifaqı İranı ABŞ hərbi bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrinə qarşı cavab zərbələrindən çəkinməyə çağırdı.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas bütün Aİ ölkələri adından verdiyi açıqlamada bildirib.

"Uzunmüddətli müharibə baş verərsə, Yaxın Şərq böyük itkilərlə üzləşəcək. İranın regiondakı bir neçə ölkəyə hücumları qəbuledilməzdir. İran ayrı-seçkilik etməyən hərbi zərbələrdən çəkinməlidir. Biz hücuma məruz qalan regiondakı tərəfdaşlarımızla həmrəyliyimizi ifadə edirik" - qeyd olunub.

Aİ Yaxın Şərq dövlətləri ilə sıx əlaqədədir və ABŞ və İsrailin İrana hücumlarından bəri gərginləşən vəziyyəti azaltmağa çalışır.

Müəllif: Ucnoqta.az redaksiyası