Ucnoqta.az
www.ucnoqta.az

İran 14 ABŞ hərbi bazasına zərbə endirib

20:19 - 28 Fevral 2026 tarixində dərc olunub.

İran Yaxın Şərqdə 14 ABŞ hərbi bazasına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Qüvvələri Mərkəzi Qərargahının sözçüsü məlumat verib.

O, Tasnim xəbər agentliyi tərəfindən yayımlanan video mesajında ​​bildirib ki, bu vəhşi hücumlara cavab olaraq, İran Silahlı Qüvvələri təkcə rejimin vacib hərbi obyektlərinə deyil, həm də bölgədəki 14 ABŞ bazasına hücum edib.

O, həmçinin bildirib ki, İranın İsrailə və ABŞ bazalarına bundan sonrakı zərbələri daha da şiddətli olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası