İran raketləri Qətər, Küveyt, BƏƏ və Bəhreyndə yerləşən dörd ABŞ hərbi bazasına zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasına istinadən məlumat yayıb.
Hədəflər Qətərdəki Əl-Udeyd Hava Bazası, Küveytdəki Əs-Salem Hava Bazası, BƏƏ-dəki Əl-Zəfra Hava Bazası və Bəhreyndə yerləşən beşinci ABŞ bazası olub.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailə yardım göstərən istənilən ölkənin hərbi bazasının hədəfə alınacağını vurğulayıb.