Ucnoqta.az
www.ucnoqta.az

Şamaxıda yenidən zəlzələ oldu

16:55 - 27 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 27.02.2026-cı il tarixində yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb

Müəllif: Ucnoqta.az redaksiyası