Ucnoqta.az
www.ucnoqta.az

Macarıstan Ukrayna sərhədinə helikopterlər yerləşdirib

00:00 - 27 Fevral 2026 tarixində dərc olunub.

Macarıstan Müdafiə Nazirliyi ölkənin enerji infrastrukturunu Ukraynadan potensial hücumlardan qorumaq üçün əlavə tədbirlər görüb.

Ucnoqta.az xəbər verir ki, müdafiə naziri Kristof Szalay-Bobrovniçki bu məqsədlə Ukrayna sərhədinə yaxın şimal-şərqi Macarıstana helikopter bölmələrinin yerləşdirildiyini açıqlayıb.

Nazir Budapeştdə keçirilən mətbuat konfransında çıxış edərək bildirib ki, ölkənin şərq hissəsindəki helikopter bölmələri ikiqat artırılıb. 

O, həmçinin vacib enerji obyektlərini qoruyan hərbi bölmələrin kifayət qədər elektron müharibə avadanlığı ilə təchiz olunacağını açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası