Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-nin neft ehtiyatları bir həftədə 16 milyon barel artıb

19:37 - 25 Fevral 2026 tarixində dərc olunub.

ABŞ-da kommersiya xam neft ehtiyatları bir həftədə 16 milyon barel artaraq 20 fevral 2026-cı il tarixinə 435,8 milyon barelə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat verib.

Nazirlik cari ehtiyat səviyyəsinin ilin bu dövrü üçün beş illik orta səviyyədən 3% aşağı olduğunu açıqlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası