Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 40 ağacı kəsən şəxs saxlanıldı

19:26 - 25 Fevral 2026 tarixində dərc olunub.

Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası