Ucnoqta.az
www.ucnoqta.az

Elgiz və Tolikin verilişi bağlandı? - AÇIQLAMA

00:48 - 25 Fevral 2026 tarixində dərc olunub.

Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımının dayandırıldığı xəbərləri yayılıb.

Ucnoqta.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı aparıcı Tarix Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında bu barədə yayılan məlumatın yanlış olduğunu bildirib: 

"Hazırda mənim verilişimin anonsları gedir. Mən sabah efirə çıxacağam".

***

Aparıcılar Tarix Əliyevlə Elgiz Əkbərin verilişinin yayımı dayandırılıb.

Ucnoqta.az Bizim.Media-ya istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra bu qərar verilib.

Elgizin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tolikin isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramı bağlanıb.

Məsələ ilə bağlı aparıcıların özləri ilə əlaqə saxlamağa çalışsaq da, onlar zənglərimizə cavab verməyib.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Müəllif: Ucnoqta.az redaksiyası