Ucnoqta.az
www.ucnoqta.az

Dik Advokat karyerasını bitirdi

00:02 - 25 Fevral 2026 tarixində dərc olunub.

Zenit Sankt-Peterburq və Rusiya milli futbol komandasına rəhbərlik etmiş hollandiyalı Dik Advokat məşqçilikdən təqaüdə çıxmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, Advokatın köməkçisi Kor Pot TASS-a bildirib.

Fevralın 23-də Kürçao milli komandasının mətbuat xidməti Advokatın baş məşqçi vəzifəsindən istefa verdiyini açıqlayıb. O, səhhətində problem olan qızı ilə birlikdə olmaq qərarına gəlib.

"Ailə problemləri üzündən Dik dərhal karyerasını başa vurdu. Mən də eyni şeyi etdim. Birlikdə başladıq və birlikdə gedirik", - Pot deyib.

Advokatın 78 yaşı var.

Müəllif: Ucnoqta.az redaksiyası