Ucnoqta.az
www.ucnoqta.az

"Sülh bərpa olunana qədər geri çəkilməyəcəyik" - Ursula fon der Lyayen

11:44 - 24 Fevral 2026 tarixində dərc olunub.

Avropa Komissiyasının (AK) prezidenti Ursula Fon der Lyayen Ukraynaya gəlib.

Ucnoqta.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında görüntülər paylaşıb.

"Müharibə başlayandan bəri onuncu dəfə Kiyevdə. Avropanın Ukraynaya maliyyə, hərbi və bu sərt qış boyunca sarsılmaz dəstəyini təsdiqləmək üçün.

Ukraynanın ədalətli mübarizəsinə sarsılmaz sadiqliyimizi vurğulamaq üçün. Həm Ukrayna xalqına, həm də təcavüzkara aydın bir siqnal göndərmək üçün: sülh bərpa olunana qədər geri çəkilməyəcəyik. Ukraynanın şərtləri ilə sülh" - AK preizdenti qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası