Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanılıb

11:22 - 21 Fevral 2026 tarixində dərc olunub.

Fevralın 20-də ölkə ərazisində qeydə alınan 72 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Axtarışda olduğuna görə ümumilikdə 126 nəfər saxlanılıb. Onlardan 100-ü borclu şəxs qismində axtarışda olan şəxslərdir və saxlanılanlar aidiyyəti üzrə təhvil veriliblər.

Hesabat dövründə narkotiklərlə əlaqəli 39 fakt aşkarlanıb. Bundan əlavə, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası