Ucnoqta.az
www.ucnoqta.az

"Şamaxinka"da ilk dəfə svetoforlar istifadəyə verildi

11:00 - 20 Fevral 2026 tarixində dərc olunub.

Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi artıq svetoforla tənzimlənir.

Ucnoqta.az xəbər verir ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə ümumilikdə 13 svetofor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.

İstifadəyə verilən yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası