Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada helikopter qəzaya uğrayıb

06:03 - 20 Fevral 2026 tarixində dərc olunub.

Rusiyanın Amur vilayətinin Amaranka kəndindən 130 km məsafədə qəzaya uğrayan helikopterin göyərtəsində üç nəfərin olduğu ehtimal olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidməti məlumat verib.

Helikopterin axtarışı Amur vilayətində aparılır. İlkin olaraq göyərtədə üç nəfərin olduğu güman edilirdi: pilot və iki sərnişin.

TASS-ın məlumatına görə, itkin düşən helikopter özəl mülkiyyətdədir və ağac kəsmə xidmətləri tərəfindən idarə olunur. 

Müəllif: Ucnoqta.az redaksiyası