Ucnoqta.az
www.ucnoqta.az

Kristin Laqard vəzifəsindən vaxtından əvvəl ayrıla bilər

11:32 - 18 Fevral 2026 tarixində dərc olunub.

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard vəzifəsindən vaxtından əvvəl ayrıla bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşr bildirib ki, onun səkkiz illik səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatana qədər AMB prezidenti vəzifəsindən ayrılması gözlənilir.

Mümkün qərarın səbəbləri və konkret müddət hələ açıqlanmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası