Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda ağır qəza - sürücü öldü

22:30 - 17 Fevral 2026 tarixində dərc olunub.

Hacıqabulda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası