Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda yaşayış binasında yanğın

23:53 - 16 Fevral 2026 tarixində dərc olunub.

Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzildə yanğın başlayıb.

Ucnoqta.az xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumatın veriləcəyi bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası