Ucnoqta.az
www.ucnoqta.az

BMT Baş katibi İsrailin bu qərarını pisləyib

22:37 - 16 Fevral 2026 tarixində dərc olunub.

BMT Baş katibi Antonio Quterreş İsrail hökumətinin Qərb Şsahilində torpaq qeydiyyatı prosedurlarını bərpa etmək üçün etdiyi hərəkətləri pisləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş katibin ofisinin rəsmi açıqlamasında bildirilib.

Baş katib Şərqi Qüds də daxil olmaqla, Qərb sahiliindəki bütün İsrail yaşayış məntəqələrinin heç bir hüquqi qüvvəyə malik olmadığını və beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu bir daha vurğulayıb.

Quterreşin sözlərinə görə, hazırkı hərəkət kursu münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdır və bu, davamlı sülhə aparan yeganə yol olaraq qalır.

Müəllif: Ucnoqta.az redaksiyası