Ucnoqta.az
www.ucnoqta.az

Sülh Şurası ölkələri 5 milyard dollar ayıracaqlar - Tramp

20:37 - 15 Fevral 2026 tarixində dərc olunub.

Sülh Şurasına üzv ölkələr 19 fevralda keçiriləcək ilk iclasında Qəzza zolağının yenidən qurulması üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu "Truth Social"da açıqlayıb.

Onun sözlərinə görə, 19 fevralda Vaşinqton Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında üzv ölkələr Qəzzada yenidənqurma və humanitar yardım səyləri üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Bundan əlavə, Ağ Ev rəhbərinin sözlərinə görə, Sülh Şurasına üzv dövlətlər Fələstin anklavında sülh və təhlükəsizliyi qorumaq" üçün "minlərlə əsgər yerləşdirməyə hazırdırlar.

Müəllif: Ucnoqta.az redaksiyası