ABŞ Venesuela neft hasilatının bu il Amerika şirkətlərinin köməyi ilə 30-40% artacağını gözləyir.
Ucnoqta.az xəbər verir ki, ABŞ Enerji naziri Kris Rayt bunu Bloomberg TV-yə verdiyi müsahibədə bildirib.
O əlavə edib ki, ABŞ bütün mövcud və yeni müqavilələri qiymətləndirmək və Venesuela və Qərb yarımkürəsinin maraqlarına cavab verəcək prioritetləri müəyyən etmək üçün Venesuela hakimiyyəti ilə işləməyə davam edəcək.