Ucnoqta.az
www.ucnoqta.az

Maduro Venesuelanın qanuni lideri olaraq qalır - Rodrigez

16:37 - 12 Fevral 2026 tarixində dərc olunub.

ABŞ qüvvələri tərəfindən qaçırılan Nikolas Maduro Venesuelanın qanuni lideri olaraq qalır; o və həyat yoldaşı günahsızdırlar.

Ucnoqta.az xəbər verir ki, Bolivar Respublikasının prezident səlahiyyətli nümayəndəsi Delsi Rodrigez NBC News-a verdiyi müsahibədə bildirib.

"Prezident Nikolas Maduro qanuni liderdir. Bunu sizə vəkil kimi deyirəm. Həm prezident Maduro, həm də birinci xanım Siliya Flores günahsızdırlar", - deyə o, qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası