Ucnoqta.az
www.ucnoqta.az

Ardıcıl 3 gün iş olmayacaq

15:35 - 12 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Ucnoqta.az xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq.

Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası