Qazaxıstan Prezidenti təkrar seçilmək hüququ olmadan tək yeddi illik müddətə seçiləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Kazakhstanskaya Pravda" qəzetində dərc olunmuş konstitusiya layihəsində deyilir.
Qeyd olunub ki, Qazaxıstan Respublikasının Prezidenti konstitusiya qanununa uyğun olaraq Qazaxıstan Respublikasının yetkin vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi illik müddətə seçilir. Konstitusiyanın mətnində deyilir ki, eyni şəxs bir dəfədən çox Qazaxıstan Respublikasının Prezidenti seçilə bilməz.