Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 20 yaşlı gənci bıçaqladılar

20:22 - 11 Fevral 2026 tarixində dərc olunub.

Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası