Ucnoqta.az
www.ucnoqta.az

“TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq” - Vens

20:40 - 10 Fevral 2026 tarixində dərc olunub.

"Biz Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacağıq".

Ucnoqta.az xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq TRIPP layihəsi də həyata keçirilir və bu, Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq və təbii ehtiyatlar daha rahat şəkildə ixrac oluna biləcək. Onun sözlərinə görə, bu, Ermənistanla Azərbaycan arasında sülh sazişinin dayanıqlığına təkan verəcək.

Müəllif: Ucnoqta.az redaksiyası