ABŞ federal apelyasiya məhkəməsi ABŞ administrasiyasına Honduras, Nikaraqua və Nepaldan olan 60.000 miqrant üçün deportasiya müdafiəsinin qaldırılması üçün əvvəllər başlatdığı prosesi davam etdirməyə icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
Qəzet məhkəmənin qərarını Tramp administrasiyasının öz ölkələrindəki böhranlardan qaçan miqrantlar üçün Müvəqqəti Qorunan Status (TPS) proqramını məhdudlaşdırmaq səylərində qələbəsi adlandırıb.
Nəşr may ayında ABŞ Ali Məhkəməsinin ABŞ hökumətinə eyni proqram çərçivəsində 350.000 venesuelalı miqrantın müvəqqəti qorunan statusunu ləğv etmək hüququnu verdiyini xatırladıb.