Ucnoqta.az
www.ucnoqta.az

İranın xarici işlər naziri ABŞ ilə danışıqları yaxşı başlanğıc adlandırıb

10:06 - 10 Fevral 2026 tarixində dərc olunub.

Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları zamanı İranın xarici işlər naziri Abbas Əraqçi 6 fevralda Məskatda İranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqları yüksək qiymətləndirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
 Əraqçi danışıqları yaxşı başlanğıc adlandırıb və eyni zamanda Amerika tərəfinin niyyət və məqsədlərinə qarşı inamsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası