Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş nazir polis mühafizəsi altına alınıb

00:00 - 10 Fevral 2026 tarixində dərc olunub.

Amerikalı maliyyəçi Ceffri Epşteynlə əməkdaşlıq edərək çirkli pulların yuyulması ilə bağlı istintaq altında olan keçmiş Fransa mədəniyyət naziri Cek Lanq sosial mediada etdiyi təhdidlərdən sonra polis mühafizəsi altına alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, bu tədbirin tətbiqi qərarı Fransa Daxili İşlər Nazirliyi tərəfindən verilib. Keçmiş nazirin həyat yoldaşına da polis mühafizəsi təmin edilib.

Lanq illər ərzində mədəniyyət naziri və milli təhsil naziri vəzifələrində çalışıb. Son 13 ildə Parisdə yerləşən Ərəb Dünyası İnstitutuna rəhbərlik edib.

Fevralın 7-də Epşteynlə əlaqələrini göstərən materialların dərc olunması fonunda institutun direktoru vəzifəsindən istefa verib.

Müəllif: Ucnoqta.az redaksiyası