Ucnoqta.az
www.ucnoqta.az

Meksika Kubaya neft tədarükünü dayandırıb

23:40 - 9 Fevral 2026 tarixində dərc olunub.

Meksika ABŞ ticarət tarifləri təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti olaraq dayandırıb, lakin adaya humanitar yardım göstərməyə davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

 O, Vaşinqtonun adaya yanacaq tədarük edən ölkələrə tarif tətbiq edən fərman verdiyini qeyd edib.

Onun sözlərinə görə, Mexiko ABŞ məhdudiyyətləri altına düşmədən Havananı dəstəkləməyin yolunu tapmaq üçün diplomatik şəkildə çalışır.

Şeynbaum həmçinin ABŞ-ı məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası