Ucnoqta.az
www.ucnoqta.az

At ətini mal əti adı ilə Bakıya göndərmək istədilər - REYD

11:06 - 9 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ-nin əməkdaşları birgə reyd keçirib.

Ucnoqta.az xəbər verir ki, tədbir zamanı Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin 1 ədəd at başı və sümükləri aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, sözügedən atı eyni kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tövləyə gətirərək, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsib və sümükdən ayrılan əti paketlərə qablaşdırıblar. Həmin şəxslər at ətinin mal əti adı altında satılması məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi nəzərdə tutduqlarını bildiriblər.

İstehlaka yararsız at ətindən nümunələr götürülərək soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası