Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün qəzada ölən hərbçinin FOTOSU

10:07 - 9 Fevral 2026 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, 8 fevral günorta saatlarında Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, qəzaya düşən hərbçilər Şəmkirdə Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) gedirmiş. 

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Mustafayev Altun Vəfadar oğlu hadisə yerində ölüb. Mərhum Bakının Binə qəsəbəsində dəfn olunacaq. 

Onun 11 və 13 yaşlarında iki övladı qalıb. 

Müəllif: Ucnoqta.az redaksiyası