Ucnoqta.az
www.ucnoqta.az

İsrail ABŞ-ı İrana zərbə endirə biləcəyi ilə bağlı xəbərdar edib

09:54 - 9 Fevral 2026 tarixində dərc olunub.

İsrail hakimiyyəti ABŞ-ı yəhudi dövlətinin zəruri hallarda Vaşinqtonun iştirakı olmadan İrana birtərəfli zərbə endirə biləcəyi ilə bağlı xəbərdar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, İsrail Müdafiə Nazirliyinin nümayəndələri bu məlumatı ötən həftə Pentaqon rəsmilərinə çatdırıblar. İsrail Vaşinqtona İranın ballistik raket proqramı ilə bağlı müəyyən şərtlər yerinə yetirilərsə, həyata keçirə biləcəyi zərbə planlarını təqdim edib.

O qeyd edib ki, İsrail hələlik təcili zərbə üçün şərtlərin olduğunu müşahidə etməyib, lakin vəziyyəti izləməyə davam edir. Vaşinqtonla dialoqda olan yəhudi dövlətinin nümayəndələri İranla bağlı hərəkət azadlığını özlərində saxladıqlarını vurğulayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası