ABŞ-nin Şərq Sahili ştatlarını bürüyən həddindən artıq soyuq hava təxminən 80 milyon amerikalıya təsir edəcək.
Ucnoqta.az xəbər verir ki, ABC bu proqnozları açıqlayıb.
Milli Hava Bürosunun məlumatına görə, Yeni İngiltərə bölgəsi, Nyu-York, Nyu-Cersi və Pensilvaniya üçün həddindən artıq soyuq xəbərdarlıqları qüvvədədir. Burada temperatur -36 dərəcə Selsiyə (-38 dərəcə Farenheyt) düşə bilər. Nyu-York ştatında son 20 ilin ən aşağı temperaturunun -27 dərəcə Selsiyə (-80 dərəcə Farenheyt) düşəcəyi gözlənilir.
Miçiqan, Minnesota və Ohayo kimi şimal-şərq ştatları da soyuq zonadadır. Soyuq hava bəzi ərazilərdə güclü qar yağışı ilə müşayiət olunur.