Düşmən 9 fevral gecəsi hücum dronlarından istifadə edərək Odessa bölgəsinə kütləvi hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Odessanın rəhbəri Oleq Kiper bildirib. Kiper qqeyd edib ki, düşmənin Odessaya hücumu nəticəsində bir ölüb.
İtkilər barədə məlumat hələ də dəqiqləşdirilir.
Hücum nəticəsində yaşayış binalarına və kommunal xidmətlərə ziyan dəyib.