Fevralın 6-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 165, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.