"Güllə təkcə Şəhla müəlliməyə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi".
Ucnoqta.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev bildirib. Ekspert qeyd edir ki, çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi:
"İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq".
Xatırladaq ki, bu gün "İdrak" liseyində 10-cu sinif şagirdi həmin liseyin müəllimi Şəhla Kamilovaya atəş açıb.