Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Filippini Sülh Şurasına qoşulmağa dəvət edib

09:55 - 6 Fevral 2026 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Filippinə yaratdığı Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvət göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublikanın Vaşinqtondakı səfiri Xose Manuel Romualdes bildirib.

Diplomat jurnalistlərə bildirib ki, prezident Tramp Ferdinand Markosa ünvanlanmış şəxsi məktubunda Sülh Şurasına qoşulmağa dəvət edib.

Romualdes əlavə edib ki, Manila yaxın həftələrdə Şuraya qoşulmaq barədə qərar verəcək. Hakimiyyət orqanları Filippinin təşkilatın işinə potensial töhfəsini araşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası