Olimpiya məşəlinin qəbul mərasimi Milanda baş tutub.
Ucnoqta.az xəbər verir ki, Olimpiya məşəlinin qəbul mərasimi Milanda baş tutub.
Məşəl estafetinin marşrutu şəhərin mərkəzi küçələrindən keçib və bir neçə yüz insanın alovu qarşılamaq üçün toplaşdığı Piazza del Duomo meydanında başa çatıb. La Scala prima balerinası Nikoletta Manni məşəli kürsüyə qaldırıb və kafedralın qarşısındakı meydanda xüsusi bir yerdə alovlandırıb. Əvvəlcə meydanda qısa konsert keçirilib.
Olimpiya Oyunlarının açılış mərasimi 6 fevralda San Siro stadionunda keçiriləcək.