ABŞ administrasiyası İsraildən Vaşinqtonun Tehranla danışıqları zamanı İrana qarşı birtərəfli hərbi əməliyyatlardan çəkinməsini istəyib.
Ucnoqta.az bildirir ki, bu barədə Ynet portalı məlumat verib.
Mənbələrinə görə, amerikalılar İsrailə gözləmək və qabaqlayıcı zərbə kimi ehtiyatsız addımlar atmamaq xahişi ilə müraciət ediblər.
Portal mənbəyə istinadən qeyd edir ki, iki ölkə arasında koordinasiya çox yaxın, demək olar ki, görünməmiş dərəcədədir.