Ucnoqta.az
www.ucnoqta.az

Emin Əmrullayev Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

13:01 - 4 Fevral 2026 tarixində dərc olunub.

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Müəllif: Ucnoqta.az redaksiyası