Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtobus zolaqlarında yeni minib-düşmə yerləri yaradılıb

11:19 - 4 Fevral 2026 tarixində dərc olunub.

Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, növbəti belə yerlər Səbail və Nəsimi rayonları ərazisində təşkil edilib.

Belə ki, Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) minib-düşmə yerləri ilə bağlı müvafiq lövhələr yerləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası