Ucnoqta.az
www.ucnoqta.az

Rusiya regionları üzərində 24 PUA vuruldu

08:32 - 4 Fevral 2026 tarixində dərc olunub.

Ötən gecə ərzində hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 24 qanadlı pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bryansk vilayəti üzərində 11 PUA, Belqorod vilayəti üzərində 8 PUA, Rostov vilayəti üzərində 4 PUA və Həştərxan vilayəti üzərində 1 PUA zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası