Ucnoqta.az
www.ucnoqta.az

Delsi Rodrigezin ABŞ-a səfəri müzakirə olunur - Ağ Ev

00:14 - 4 Fevral 2026 tarixində dərc olunub.

Venesuela Prezidentinin elçisi Delsi Rodrigezin ABŞ-a səfəri ehtimalı müzakirə olunur, lakin hələlik qəti planlar yoxdur.

Ucnoqta.az bildirir ki. bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

"Hazırda səfər üçün dəqiq tarix yoxdur. Bilirəm ki, bu barədə müzakirələr aparılıb. Lakin, bu mərhələdə qəti planlar yoxdur", - deyə o, jurnalistlərə bildirib.

Levitt həmçinin vurğulayıb ki, Vaşinqton Rodrigezin yanvar ayının sonlarında elan etdiyi siyasi məhbuslar üçün əfv qərarından məmnundur.

Müəllif: Ucnoqta.az redaksiyası