Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 57 əcnəbini deportasiya ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Əlcəzair, Banqladeş, Yunanıstan, Misir, İordaniya, İsrail, Hindistan, İran, Yəmən, Çin, Kuba, Mərakeş, Nepal, Nigeriya, Rusiya, Suriya, Türkiyə, Tayland, Türkmənistan və Özbəkistan vətəndaşları Gürcüstandan deportasiya ediliblər. Bu şəxslərin respublikaya girişi qadağan edilib.
Yanvar ayında Gürcüstandan 232 miqrantın deportasiya edildiyi bildirilir.