Ucnoqta.az
www.ucnoqta.az

Meteohəssas insanlar üçün proqnoz

18:39 - 2 Fevral 2026 tarixində dərc olunub.

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Ucnoqta.az Milli Hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, sabahın havası ilə bağlı tibbi-meteoroloji proqnoz məlum olub.

Belə ki, fevralın 3-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.

Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Müəllif: Ucnoqta.az redaksiyası