Ucnoqta.az
www.ucnoqta.az

Tramp nüvə silahlarına məhdudiyyətləri saxlamaq istəyir - FT

13:28 - 2 Fevral 2026 tarixində dərc olunub.

Tramp administrasiyası nüvə silahlarına məhdudiyyətləri saxlamaqda və Çini silahlara nəzarət danışıqlarına cəlb etməkdə maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Vaşinqton administrasiyasının rəsmisi bildirib ki, prezident Tramp dəfələrlə nüvə silahlarının dünyaya yaratdığı təhlükə barədə danışıb və nüvə silahlarına məhdudiyyətləri saxlamaq və Çini silahlara nəzarət danışıqlarına cəlb etmək istəyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası