Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda vulkan püskürdü

18:53 - 30 Yanvar 2026 tarixində dərc olunub.

30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin məlumatında deyilir. 

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

Müəllif: Ucnoqta.az redaksiyası