Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

10:38 - 30 Yanvar 2026 tarixində dərc olunub.

Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 137, o cümlədən borclu şəxs qismində axtarışda olan 105 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası