Ucnoqta.az
www.ucnoqta.az

21 yaşlı gənc dəm qazından öldü

09:49 - 30 Yanvar 2026 tarixində dərc olunub.

Şəmkirdə 21 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

2005-ci il təvəllüdlü Ruhlan Məmmədov yaşadığı fərdi yaşayış evinin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası