Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Avropa Birliyinin terror təşkilatları siyahısına daxil etmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas AB xarici işlər nazirlərinin görüşündən sonra sosial media platforması X-də məlumat verib.
Kallas bildirib ki, AB xarici işlər nazirləri SEPAH-ı terror təşkilatı kimi tanımaqla qətiyyətli addım atıblar.
O, AB-nin bu qərarını İranda hökumət əleyhinə son etiraz dalğası zamanı çoxsaylı itkilərə istinad etməklə əsaslandırdığını izah edib.